Türkiyənin Ədirnə şəhərindən Yunanıstana keçmək istəyən suriyalı qaçqınlar yunan təhlükəsizlik qüvvələrinin şiddətinə məruz qalıb.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sərhəddə ələ keçən mühacirlər yarıçılpaq halda döyülüblər. Üzərlərindəki geyim və pul əllərindən alınan qaçqınlar Türkiyəyə geri göndərilib.
Onlara sərhədin yaxınlığındakı kəndin sakinləri yardım ediblər.














