RU
Yunanıstanda koronavirusla bağlı məhdudiyyətlərin miqyası genişlənir
01:00
1104

Yunanıstanda koronavirusla bağlı məhdudiyyətlərin miqyası genişlənir

Peyvəndləmə tempinin digər Avropa ölkələrindən aşağı olduğu Yunanıstanda vaksinasiya kursu keçməmiş vətəndaşlarla bağlı məhdudiyyətlər sərtləşdirilir.

7NEWS.Az-ın xəbərinə görə, bazar ertəsindən etibarən bu şəxslərin restoran, teatr, kinoteatr, muzey və idman zallarına girişi qadağan ediləcək.

Baş nazir Kiriakos Mitsotakis hər kəsi peyvənd olunmağa çağırıb. Hökumət başçısı reanimasiyada hər 10 pasiyentdən 9-nun peyvənd vurdurmamış şəxslər olduğuna diqqət çəkib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ