RU
Öz səsi ilə sosial şəbəkələri alt-üst edən Nargis Muradi ilə - MÜSAHİBƏ
17:48
1244

Öz səsi ilə sosial şəbəkələri alt-üst edən Nargis Muradi ilə - MÜSAHİBƏ

Nərgiz xanım öncə sizi tanıyaq.Nərgiz Muradi kimdir ?

 

 

6 noyabr 1992 ildə Bakı şəhərində anadan olmuşam. 6 yaşdan başlayaraq müsiqi ilə professional olaraq məşğul olmağa başlamışam(piana üzrə).7 yaşdan hər il Azərbaycan Dövlət Kamera Orkestri ilə konsertlərdı uğurla çıxış etmişəm.Konsertdə dünya bəstəkarlarının əsərlərini ifa etmişəm.Paralel olaraq isə 2010-cu ildə tanınmış pedeqoq Rumiyyə Kərimovadan vokal-opera dərsləri almışam.Yeniyetmə vaxtlarımda psixologiyaya böyük marağım olduğu üçün Praqa Beynəlxalq Universitetində psixologiya üzrə təhsil almışam. O cümlədən Praqa Müsiqi Akademiyasının tanınmış pedeqoqu Tahirə Menajdinovadan da dərslər almışam və bir çox festivallarda iştirak etmişəm

 

 

  • Böyük səhnəyə neçəci ildən gəlmisiniz...

 

 

Praqada yaşadığım dövrlərdən artıq böyük səhnədə ifa edirdim

 

 

 

 

 

  • Son zamanlar sənətə yeni başlayan ifaçılar sakit qalmağı sevir. İstəyirlər ki, sənətdə sözünü demiş ifaçılar onları təkləsin və onlar cavab verməməklə xalqın gözündə ucalsınlar. Siz hansı strategiyadan istifadə edirsiz ?

 

 

Musiqi ile meşğul olduğum üçün ,əsas meqsədim xalqa keyfiyətli musiqi teqdim etmekdir ve bu tək mənim missiyam deyil , musiqiçilər və mügənnilər düzgün və keyfiyyətli musiqi təqdim etməlidilərki uşaqların ,yeniyetmələrin zövgü düzgün formalaşsın.O ki qaldı sizin sualınıza xüsusi bir strategiyam yoxdur hələki.

 

 

 

 

 

Tanınmağınızda əsas rolu nə və ya kim oynayıb?

 

 

Təbii ki valideynlərim .Musiqi yolumda , kariyeramda əsas rolu valideyinlərim oynayıb, mənə çox böyük dəstək olublar . Əsasəndə anam Izzet xanim  indiyənə kimi bütün işlərimdə , proyektlərimdə ən böyük rol oynayır, dəstək olur və maraqli ideyalar verir.

 

 

– Tənqidləri qəbul edirsiniz?

 

 

Obyektiv tənqidləri qəbul edirəm əsasəndə musiqiçilərdən gəlirsə çünki hər an inkişaf etməliyik çalışmalıyıq və hər zaman çalışmaq lazımdır ki, heç kimə bənzəmiyək.

 

 

-          Əsasən hansı janrlara müraciət edirsiniz?

 

 

 

 

 

Əslində mənim üçün heç bir fərqi yoxdur.

 

 

-          Hansı bəstəkarlara müraciət edirsiniz?

 

 

Bir çox bəstəkarlarla işləmişəm Muxtar Abbasov, Gürcü vəsatəkarl Qivi və s.Hal –hazırda istedadlı və peşəkar bir bəstəkarla işləyirəm. Eldar Babayevlə hələ çox maraqlı işlərimiz , lahiyələrimiz olacaq

 

 

 

 

 

- Sosial şəbəkələri alt-üst edən ifanızdan danışaq biraz

 

 

Hadisənin Sıfır Tolerans adlı mahnını ilk eşidəndə çox xoşuma gəldi. Qərar verdim ki , onu özümə məxsus ifa edim və ifa etdim. Piano və aranjiman Eldar Babayeva məxsusdur klip üzərində isə HPlus Group Production işləyib.Hər birinə minnətdaram ümidvaram sizdə bəyəndiz

 

 

-Qarşıda hansı planlarınız var?

 

 

Planlarım həddən artıq çoxdur.Tezliklə yeni mahnım işıq üzü görəcək sevimli bəstəkar və müğənni Rəhim Rəhimlinin müəllifliyi ilə.

 

 

-Bizə ürək sözləriniz

 

 

İşlərinizdə uğurlar.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ