RU
Zabrat sakini arı sancması nəticəsində vəfat etdi
11:10
707

Zabrat sakini arı sancması nəticəsində vəfat etdi

Bakıda arı sancmasından ölüm hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri araşdırılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ