RU
Zakir Qaralov vəzifəsindən getdi
19:44
2157

Zakir Qaralov vəzifəsindən getdi

"Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.

Bu barədə 7NEWS.az-a parlamentdəki mənbə bildirib.

Prezident İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

 

Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti aprelin 28-də bitib.

"Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.

Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ