RU
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
17:50
64

İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır

İranın cənub-şərqində yerləşən Kerman əyalətində hava temperaturunun kəskin artması və elektrik enerjisi sisteminin sabitliyinin qorunması məqsədilə dövlət və təhsil müəssisələrinin fəaliyyətinə fasilə veriləcək.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin yaydığı məlumata görə, Kerman Valiliyinin qərarı ilə əyalətdəki bütün dövlət qurumları və təhsil müəssisələri sabah fəaliyyət göstərməyəcək.

Qərarın təcili yardım, səhiyyə, xidmət, hərbi və polis bölmələrinə, eləcə də müəyyən edilmiş bank və sığorta filiallarına şamil olunmadığı bildirilib.

İsti və yarımsəhra iqliminə malik Kerman əyalətində son illərdə temperaturun rekord həddə çatdığı, anomal istilərin isə gündəlik həyata mənfi təsir göstərdiyi qeyd olunur.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ