RU
ASAN könüllülərinin II yay festivalı baş tutub
22:07
57

ASAN könüllülərinin II yay festivalı baş tutub


"ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə 20 iyul tarixində Locca Beach Baku-da ASAN könüllülərinin II yay festivalı keçirilib.

Festivalın əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, könüllülük dəyərlərinin təbliği, həmçinin gənclər arasında sosial əlaqələrin və komanda ruhunun gücləndirilməsi olub.

1500-ə yaxın könüllünü bir araya gətirən festival çərçivəsində stolüstü və komanda oyunları, çimərlik əyləncələri, müxtəlif idman yarışları, eləcə də tanınmış ifaçıların və istedadlı ASAN könüllülərinin iştirakı ilə zəngin konsert proqramı təşkil edilib.

Həmçinin tədbir çərçivəsində 2025-ci il üzrə fərqlənən könüllü qruplarının təltifetmə mərasimi keçirilib. Gün ərzində keçirilən yarışlar və interaktiv fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın uğurla həyata keçirilməsinə "Locca Beach Baku”, "Bizon”, "Bakcell”, "Badamlı”, "Milla” şirkətləri, həmçinin Azərbaycan Voleybol Federasiyası dəstək göstəriblər. Tərəfdaşların dəstəyi ilə iştirakçılar üçün müxtəlif hədiyyələr təqdim olunub, əyləncə və interaktiv zonalar yaradılıb.
 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ