RU
Zamirə Hacıyeva Londonun sendviç barında £332,000 xərcləyib
15:30
451

Zamirə Hacıyeva Londonun sendviç barında £332,000 xərcləyib

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyi bəlli olub.

Əvvəlcə o, çox ehtiyatla alış-veriş edirmiş - £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib, BBC-nin məhkəmədən əldə etdiyi sənədlərdə deyilir.

Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.

2007-ci ildə o, yenidən Miu Miu dükanına gedib və 25 ədəd American Express kartlarından £10,616 ödəyib.

Bundan sonra 55 yaşlı Zamirə Hacıyeva daha bahalı əşyalar almağa başlayıb.

Harrods-da naməlum əşyalara £66,000, Tom Dixon dizaynerinin əşyalarına isə £17,000 xərcləyib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ