RU
Zelenski: “Böyük Britaniyanın Ukraynaya dəstəyinin güclü və birmənalı qalacağına dair təminat aldım”
21:30
232

Zelenski: “Böyük Britaniyanın Ukraynaya dəstəyinin güclü və birmənalı qalacağına dair təminat aldım”

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
Britaniya hökumət başçısını Ukraynanın böyük dostu adlandıran Zelenski Boris Consonla müntəzəm əlaqə saxladığını bildirib.

"Biz Böyük Britaniyada Ukrayna əsgərlərinin təlimlərinin intensivləşdirilməsi və digər çoxşaxəli hərbi əməkdaşlıq haqqında danışdıq. Mən Böyük Britaniyanın Ukraynaya dəstəyinin güclü və birmənalı olaraq qalacağına dair təminat aldım”,- deyə Zelenski vurğulayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ