RU
Zelenski Hindistanın Baş naziri ilə telefonla danışıb
22:00
520

Zelenski Hindistanın Baş naziri ilə telefonla danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski və Hindistan Baş naziri Narendra Modi arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
"Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığım oldu və G20-yə sədrlik dövründə uğur arzuladım. Məhz bu platformada mən sülh formulunu elan etmişdim və indi onun həyata keçirilməsində Hindistanın iştirakına ümid edirəm. BMT-də dəstəyə və humanitar yardıma görə də təşəkkür etdim", o qeyd edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ