RU
Zelenski NATO Zirvəsi üçün Ankaraya gəldi - VİDEO
14:00
41

Zelenski NATO Zirvəsi üçün Ankaraya gəldi - VİDEO

Zelenski NATO Zirvəsi üçün Ankaraya gəldi

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Türkiyəyə gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte tərəfindən sammitə dəvət olunan Zelenskinin liderlərlə Ukraynadakı müharibənin son vəziyyəti, Kiyevə hərbi dəstək və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edəcəyi gözlənilir.

Zirvə çərçivəsində Zelenskinin ABŞ Prezidenti Donald Tramp ilə də görüşü planlaşdırılır. Görüşdə Rusiya-Ukrayna müharibəsində son vəziyyət, mümkün atəşkəs təşəbbüsləri və ABŞ-ın Ukraynaya dəstəyi ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.

Məlumata görə, NATO sammitində Ukrayna üçün təxminən 70 milyard avro həcmində yeni dəstək paketinin də müzakirəyə çıxarılması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ