RU
Zelenski Ukraynaya 725 milyon dollar yardım paketinə görə Baydenə təşəkkür edib
16:30
129

Zelenski Ukraynaya 725 milyon dollar yardım paketinə görə Baydenə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski 725 milyon dollar məbləğində növbəti hərbi yardım paketinə görə ABŞ-a minnətdarlığını bildirib.

Bu barədə o, tviter səhifəsində yazıb.

"Prezident Baydenə və Amerika xalqına növbəti - 725 milyon dollarlıq müdafiə yardımı paketi təqdim etdiklərinə görə səmimi minnətdarlığımı bildirirəm”, - postda deyilir.

O bildirib ki, Ukrayna HIMARS və artilleriya üçün lazım olan mərmiləri alacaq və bu, Vətənin Müdafiəsi Günü üçün gözəl hədiyyədir. Zelenski postunu "Rusiyalı təcavüzkar məğlub olacaq, biz azad olacağıq!” cümləsi ilə yekunlaşdırıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ