Noyabrın 17-də Türkiyənin Düzce bölgəsində baş verən 5 bal gücündə zəlzələ zamanı oxçuluq üzrə məşqçinin davranışı alqışla qarşılanıb.
7News.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ baş verən an məşqçi Gökhan Cengiz idman salonunda olub.
Məşqçi zəlzələ anında 9 yaşlı fiziki məhdudiyyətli tələbəsini qorumaq məqsədilə onu mühafizə edib, daha sonra isə idman salonundan çölə çıxarıb.
Onun bu davranışı rəğbətlə qarşılanıb.
Həmin anın görüntülərini təqdim edirik:








