RU
Üzərinə benzin tökülən 2 yaşlı Anjelanın SON HALI - VİDEO
17:10
372

Üzərinə benzin tökülən 2 yaşlı Anjelanın SON HALI - VİDEO

Üzərinə benzin tökülərək yanan Anjela bu gün anasına təhvil verilib. 

7News.Az xəbər verir ki, bu barədə "Uşaqların xoşbəxt gələcəyi" qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva məlumat verib. 

O, qeyd edib ki, Anjela fevral ayının 21- dən İstanbuldadır: "Bu müddət ərzində hamımız Anjelaya həm maddi, həm mənəvi dəstək olmuşuq. Başda Heydər Əliyev Fondunun Vitse - prezidenti Leyla Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru , Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov olmasaydı Anjela indi həyatda yox idi. Anjelanın 1 saat ərzində ölkədən çıxması üçün lazım olan prosedurları operativ həll etməkdə məhz Anar Ələkbərov yardımçı oldu .Bir neçə dəfə anası mənə yazaraq uşağının əməliyyatlarını dayandırılmasını istəyib. Hər dəfə danişib ona başa salmışıq ki, uşağı bu vəziyyətdə yarımçıq geri qaytarmaq olmaz. Prosedur qaydaları var ki uşaq onu mütləq keçməlidir. Lakin son 1 aydır ana durmadan deyir ki, uşağını istəyir. Mən də fikirləşdim ki, uşağın əməliyyatını ana istəmirsə biz yenidən onu əməliyyat edə bilmərik. Ona görə də bu gün Anjelanı Azərbaycana gətirirəm və valideyninə qaytarıram". 

Qeyd edək ki, tanınmaz hala düşən Anjela əməliyyat üçün Türkiyəyə aparılmışdı.

Anjelanının son görüntüsünü təqdim edirik:



 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ