RU
Zibillikdə körpə uşaq tapıldı
10:40
354

Zibillikdə körpə uşaq tapıldı

Gəncə şəhərində yeni doğulan uşağı zibbiliyə atıblar.

7News.Az-in bölgə müxbiri xəbər verir ki, dekabrın 23-də şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş, naməlum oğlan uşağı tapılıb.

Körpə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.

Uşağın kim tərəfindən sözügedən əraziyə atıldığı araşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ