“Doğumun təntənəli qeydə alınması” ilə bağlı tədbir keçirilib - BİNƏQƏDİDƏ

“Doğumun təntənəli qeydə alınması” ilə bağlı tədbir keçirilib - BİNƏQƏDİDƏ

01.06.2018 – ci il tarixində Binəqədi Rayonu İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Doğumun təntənəli qeydə alınması” ilə bağlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Baş məsləhətçisi Firuzə Nəbiyeva, Binəqədi Rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova, Binəqədi rayonu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimin müavini İsrail Qasımov, Yeni dünyaya gəlmiş körpələr və onların valideynləri iştirak edib.

Çıxış üçün söz verilən Binəqədi Rayon Qeydiyyat Şöbəsinin Tahirə Əsgərova Uşaqların cəmiyyətin sabahı olduğunu və onların yüksək standartlara cavab verən təlim-tərbiyə xidmətləri ilə təmin olunmasının ölkəmizdə əsas istiqamət olduğunu bildirdi. Çıxış edən Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkimin müavini İsrail Qasımov ölkəmizdə Uşaqların hüquqlarının müdafiəsi istiqamətində olduqca böyük işlər görüldüyünü qeyd etdi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüsün bu gün də layiqli şəkildə davam etdirildiyini qeyd etdi. Natiq bildirdi ki, ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlara göstərilən diqqət və qayğı özünü ən aydın şəkildə göstərir.

Daha sonra yeni dünyaya gəlmiş körpə anaları otaqlarında ziyarət edildi , onlara körpələrinin doğum haqqında şəhadətnamələri və hədiyyələr təqdim edildi .

28 May Azərbaycan Xalq Cümhuriyyətinin 100- cü ildönümü günündə anadan olan körpələrin valideynlərinə xatirə olaraq Azərbaycan Respublikasının Dövlət Bayraqları verildi.

Sonda Binəqədi Rayonu İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində dünyaya göz açmış körpələrə bu münasibətlə məktublar ünvanlanıb. Məktubda müstəqil və inkişaf edənAzərbaycan Respublikasının vətəndaşı kimi onun qüdrətinin daha da artmasında onların da imzalarının olacağından əminlik qeyd edilib. Məktubun sonunda dövlətimizə və ailələrinə laiqli övladlar olmaları arzu edilib.

Xəbər lenti