RU
10 İLDİR BİTMƏYƏN “HƏZİ ASLANOV-2”: İNDİ DƏ YENİ TƏHLÜKƏ İDDİASI – BİNANIN FUNDAMENTİ ZƏDƏLƏNİR? – VİDEO
12:52
70

10 İLDİR BİTMƏYƏN “HƏZİ ASLANOV-2”: İNDİ DƏ YENİ TƏHLÜKƏ İDDİASI – BİNANIN FUNDAMENTİ ZƏDƏLƏNİR? – VİDEO


Təxminən 10 il əvvəl böyük ümidlə başlanılan "Həzi Aslanov-2” metro stansiyasının tikintisi hələ də başa çatmayıb. İllərdir hasarlanmış ərazi, yarımçıq qalan işlər və sakinlərin bitməyən narahatlığı artıq bu layihənin aqibəti ilə bağlı ciddi suallar yaradır.

7NEWS.az-ın əldə etdiyi videogörüntülərdə isə daha ciddi məqam diqqət çəkir. Görüntülərdən tikinti işlərinin yeni tikilmiş yaşayış binasının fundamentinə olduqca yaxın ərazidə aparıldığı, fundament hissəsində isə zədələnmə əlamətlərinin olduğu müşahidə edilir.

Sakinlərin narahatlığı da məhz budur: Aparılan işlər binanın təhlükəsizliyinə təsir edə bilərmi? Tikinti zamanı bütün texniki və təhlükəsizlik normalarına əməl olunurmu?

Ərazidə yaşayan insanlar bildirirlər ki, illərdir davam edən tikinti səbəbindən həm hərəkət istiqamətləri dəyişib, həm də toz-torpaq və digər problemlərlə üzləşiblər. Bir sakin isə vəziyyəti belə ifadə edir: burada işlər başlayanda nəvəsi 1-ci sinfə gedirdi, indi isə artıq məktəbi bitirib.
Ortada isə hələ də cavabsız qalan suallar var:
- "Həzi Aslanov-2” stansiyasının tikintisi nə vaxt başa çatacaq?
- Tikinti niyə illərlə uzanıb?
- Yeni yaşayış binasının fundamentində görünən zədələnmələrin səbəbi nədir?
- Ərazidə aparılan işlərə müvafiq qurumlar tərəfindən lazımi texniki nəzarət edilirmi?

10 il əvvəl insanların sevincinə səbəb olan layihə bu gün niyə narahatlıq və suallar doğurur?
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Videogörüntülər vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
 
 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ