7News.az xəbər verir ki, çıxış zamanı baş verən dəhşətli qəzadan sonra həyatı tamamilə dəyişən rusiyalı akrobat Mariya Konfektova "Cirque du Soleil"i məhkəməyə verib. Təxminən 4,5 metr hündürlükdən yıxılaraq 11 sümüyü sınan Konfektova, təhlükəsizlik tədbirlərinin qeyri-kafi olduğunu əsas gətirərək məşhur sirkə qarşı 16,75 milyon dollarlıq iddia qaldırıb.








