RU
14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
13:20
262

14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var

Türkiyənin Aydın şəhərində 14 yaşlı yeniyetmə övlad dünyaya gətirib.

7News.Az xəbər verir ki, ana qızının səhhətinin pisləşdiyini görərək onu xəstəxanaya aparıb. Bu zaman qızın uşağı salmaq üçün dərman qəbul etdiyi müəyyənləşib. Həkimlərin müdaxiləsi nəticəsində qız və körpəsi xilas edilib. Körpənin 3 kilo 270 qram olduğu bildirilib.

Yeniyetmə polisə ilk ifadəsində uşağın atasının kim olduğunu deməyib. Onun 17 yaşlı sevgilisi isə sorğu zamanı uşağın atası olduğunu etiraf edib.

Qeyd edək ki, 14 yaşlı qızın ata və anası 4 il əvvəl boşanıb. Qız isə hazırda anası ilə yaşayır. 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ