17 yaşlı pasiyenti ilə qaçan qadın terapevt yaxalandı
7News.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 26 yaşlı terapevt Sofia Drotts, psixoloji dəstək göstərdiyi 17 yaşlı yeniyetmə ilə cinsi xarakterli qanunsuz əməllərdə ittiham olunur. Məhkəmənin qoyduğu qadağaya baxmayaraq, terapevt həmin yeniyetmə ilə görüşməyə davam edib və nəticədə, avtomobildə həmin oğlanla birlikdə olarkən, sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. İkinci bir yeniyetmənin də sui-istifadə ilə bağlı ittiham irəli sürməsi nəticəsində qalmaqal daha da böyüyüb və dövlət qurumlarının yetkinlik yaşına çatmayanları lazımi səviyyədə qoruya bilmədiyi əsas gətirilərək, onlara qarşı federal məhkəmə iddiası qaldırılıb.