RU
16:40
782

"18 yaşımda məni götürüb qaçdı, amma peşman deyiləm" - AZƏRBAYCANLI MƏŞHUR


Aşıq Zülfiyyə "Bir sevgi tarixçəsi” verilişində qonaq olub.

7News.az xəbər verir ki, ifaçı bir dəfə nişanını qaytardığını söyləyib:

"Sevib-sevilməyə vaxtım olmadı. 16 yaşımda elçi gəldilər. Məktəbi yeni bitirmişdim, mənə gülməli gəlirdi. İstəyənim çox olurdu. 18 yaşımın tamam olmağın gözlədilər ki, toy etsinlər. Bir dəfə eşitdik ki, guya yoldaşımın ailəsi deyib onu saz çalmağa qoymayacağıq. Atam əsəbiləşdi ki, niyə məni aldatdılar? Belə getsə, işi pozacam. Hətta əsəbiləşdi ki, üzüyü qaytarın. 8 ay nişanlı qalandan sonra üzüyümü qaytardım. 18 yaşım tamam olanda məni götürüb qaçdılar. Amma peşman deyiləm, gözəl insandır. Atamdan sonra mənə dayaq olan ikinci insandır. 27 ildir ailə qurmuşuq, cəmi 3 gün küsülü qalmışıq"//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ