1800 nəfər 360 tonluq qala bürcünü kəndirlərlə çəkdi
7News.az xəbər verir ki, Yaponiyada tarixi Hirosaki qalasının 360 tonluq əsas bürcü, 1800 nəfərin kəndirlərlə çəkməsi nəticəsində təxminən iki metr yerindən tərpədildi. "Hikiya" üsulu sayəsində tikili hissələrə ayrılmadan başqa yerə köçürüldü.