RU
1“JOY TOUR” və “JOY TRAVEL” ətrafında ŞOK İDDİALAR: Vətəndaşlar 400 min manatlıq dələduzluqdan şikayətçidir
12:47
174

1“JOY TOUR” və “JOY TRAVEL” ətrafında ŞOK İDDİALAR: Vətəndaşlar 400 min manatlıq dələduzluqdan şikayətçidir

Bloggerlərin reklam etdiyi "JOY TOUR” və "JOY TRAVEL” turizm şirkətlərindən bir qrup vətəndaş şikayət edib.

Şirkətlərin məsul şəxsləri Rəşad İlyasov və Nərmin Fətullayeva ilə bağlı Bakı şəhəri Xətai Rayon Prokurorluğuna çoxsaylı müraciətlər daxil olub. İddia edilib ki, onlar vətəndaşlara 400 minə qədər dələduzluq ediblər. Bir neçə gün əvvəl məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Şikayətçilər məhkəmə prosesi ilə bağlı açıqlama veriblər.
Şikayətçilərdən biri Ulduz Əhmədova bildirib ki, məhkəməyə sübutlar təqdim etsə də, müraciəti təmin olunmayıb:
"Onlarla ailə Nərmin xanım tərəfindən dələduzluqla qarşılaşıb. Sonradan məlum oldu ki, Rəşad bəy də bu işin içindədir. Uçuşa bir-iki gün qalmış turumuzun baş tutmadığını öyrənmişik. Elə ailələr var ki, Türkiyəyə gedib, oteldən imtina alıblar. Borc edib yenidən otel tutublar.

Nərmin xanım bloggerlərə pul xərcləyir, "FM Tour” adlı şirkət açıb, onları bahalı otellərə göndərir. Bodrumda, Misirdə bahalı otellərə göndərirlər. Burada zərər çəkən ailələrə isə heç bir dəstək göstərmir. Biz bloggerlərin reklamına aldanıb, onların dələduzluğuna uğramışıq. Məhkəmə gedə-gedə başqa tur şirkəti açıb və fəaliyyətini davam etdirir”.

Digər şikayətçi Yeganə Seyidova isə 12 min manat pul ödədiyini deyib:
"Məndən 12 min pul aldı. Üç yerə bölüb vermişəm. Şirkəti bağlandı, amma yenə qalan son məbləği istədi. Uçuşa üç gün qalmış dedi ki, getməyin, gedin hara şikayət edirsiniz edin. ‘Sənə ən böyük yerlərdən zəng vurduraram’ dedi”.
Şirkətdən tur paketi alan başqa bir müştəri Anar Ağayev də oxşar problemlə üzləşdiyini bildirib:
"Biz də digər şəxslər kimi pul ödədik. Bir həftə qalmış dedilər ki, tur yoxdur. Nə qədər şikayət etdik, xeyri yoxdur. Nərmin xanım azadlıqdadır. Bizim şikayətlərimiz fərziyyə kimi qəbul olunur”.
"FM Tour”un sahibi Murad Mirzəyev məsələ ilə bağlı açıqlama verib. Direktor bildirib ki, "Joy Travel”lə əlaqəsi yoxdur:

"Mənim şirkətimin adını niyə çəkirlər? Həmin insanları tanımıram. Biz sayılıb-seçilən şirkətik. Bu cür işlərdə adımızın çəkilməsi nüfuzumuza zərər verir. Məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm. Nərmin xanım şirkətin meneceridir və ən böyük zərərçəkənlərdən biridir”./btv
 
 

7NEWS.az
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ