RU
Xətai rayonunda zirzəmidə qanunsuz tikinti aparan şirkət: “İcazə almağa məcbur deyiləm”
10:27
52

Xətai rayonunda zirzəmidə qanunsuz tikinti aparan şirkət: “İcazə almağa məcbur deyiləm”

Xətai rayonu, Xudu Məmmədov küçəsində zirzəmidə aparılan tikinti və yenidənqurma işləri ilə bağlı qaynar xəttimizə şikayət daxil olub. Təhlükəli şəraitdən narahat olan vətəndaşların müraciəti əsasında əraziyə yollandıq.
Bizi qarşılayan şəxs buranın şəxsi mülkü olduğunu bildirdi. Sənədlərini təqdim etməsini istədikdə isə "Sizə göstərməyə məcbur deyiləm”, – dedi.

Tikinti işləri üçün icazəsinin olub-olmadığını soruşduqda isə cavabı belə oldu: "Heç kimdən icazə almamışam, icazə almağa da məcbur deyiləm. Öz yerimdir, özüm bilərəm”.
Üstəlik, çəkiliş zamanı işimizə mane olmağa çalışdı.

Bəs şəxsi mülk olması zirzəmidə istənilən tikinti işinin icazəsiz aparılması və təhlükəsizlik tələblərinin gözardı edilməsi üçün əsas ola bilərmi?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
 
 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ