7News.az xəbər verir ki, çinli pop ulduzu Ceyn Çan (Jane Zhang) səhnədə "Secret Love” mahnısını ifa edərkən müvazinətini itirərək təxminən 2 metr hündürlükdən yıxılıb. Hadisə pərəstişkarları arasında təşviş yaratsa da, müğənni qısa müddət sonra ayağa qalxaraq çıxışını davam etdirib.








