7News.az xəbər verir ki, süni intellekt əsaslı çatbotların səhiyyə kimi həssas sahələrdə tövsiyələr verməsi müzakirələrə yol açıb. Belə ki, bu mövzu ilə bağlı iddia edilən bir hadisə artıq məhkəməyə daşınıb. Bir istifadəçi OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldıraraq bildirib ki, süni intellekt tərəfindən verilən icazəsiz tibbi məsləhətlər onun psixi sağlamlığının pisləşməsinə və nəticədə xəstəxanaya yerləşdirilməsinə səbəb olub.








