2 ildir ekranlardan uzaq düşən aktrisa Beren Saat yeni layihə geri dönür.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Netflix” şirkətinin çəkdiyi "Hakan: Muhafız" filminin ikinci bölümündə yer alacaq.
Qeyd edək ki, dünyanın dörd bir yanında yayımlanacaq filmdə baş rolda Berenlə yanaşı, aktyor Çağatay Ulusoy da oynayacaq. Ekran işində eyni zamanda Ayça Ayşin Turan, Hazar Ergüçlü, Okan Yalabık, Mehmet Kurtuluş, Saygın Soysal və Burçin Terzioğlu kimi aktyorlar da çəkiliblər.
Serial dekabrın 14-də nümayiş olunacaq.








