RU
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib
21:58
669

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

7News.az xəbər verir ki, aprelin 13-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında Milli Məclisin deputatı Azay Quliyev seçiciləri ilə növbəti görüş keçirib.

Azay Quliyev seçicilərin məşğulluq, səhiyyə, hüquq, əfv və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. 

Millət vəkili səsləndirilən problemlərin həll edilməsi üçün müvafiq qurumlarla əlaqə saxlayacağını və növbəti görüşədək bütün məsələlərin araşdırılacağını qeyd edib.
Deputat həmçinin Milli Məclisdə qaldırdığı məsələlər, qəbul olunan qanun və qərarlar haqqında da seçicilərinə ətraflı məlumat verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ