RU
Mingəçevir Dövlət Univrsiteti Mühəndislik fakültəsində TEC-in konfransı
00:49
821

Mingəçevir Dövlət Univrsiteti Mühəndislik fakültəsində TEC-in konfransı

Mingəçevir Dövlət Univrsiteti Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Müasir Azərbaycan gəncliyi və elm” mövzusunda konfransı keçirilib. 
Konfransı giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı, dosent Vüqar Mustafayev çıxış edib. Mingəçevir Dövlət Univrsitetinin rektoru Akif Hacıyevin konfrans iştirakçılarına salamını çatdırıb, konfransın işinə uğurlar diləyib. Sonra Vüqar Mustafayev Ulu öndərin keçdiyi həyat yoluna və siyasi fəaliyyətinə nəzər salıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev zamanın fövqündə duran, illər keçdikcə dühası və əzəməti daha parlaq şəkildə görünən qüdrətli şəxsiyyətlərdəndir. Ümummilli lideri xalqın, dövlətin tarixində əbədi yaşayan mühüm cəhətlərdən biri onun Azərbaycanın ən çətin zamanlarda xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu yeni inkişaf mərhələsinə çıxarmasıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenauer və digər tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. 
Vüqar Mustafayev bildirdi ki, Azərbaycanda  gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərin qətiyyəti və gənclərə olan inam və etibarı nəticəsində  gənclərlə dialoq yaranmış, gənclərdə özünə inam artmış, onlar dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlamışlar. Sağlam düşüncəyə, təfəkkürə,  yüksək əqidəyə malik gənclərin formalaşması ulu öndərin  qarşıya qoyduğu prioritet vəzifələrdən olmuşdur. Bu gün Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi strategiyasının nəticəsidir.
Sonra konfrans iştirakçılarına məruzələr təqdim olunmuşdur. EE13 saylı qrupun tələbəsi Orxan Abdurəhmanov "Nəmliyin polimer izolyasiyalı kabellərin elektrik xassələrinə təsiri” (elmi rəhbər Liliya Süleymanova), KE14.1 saylı qrupun tələbəsi Nəzrin Cəfərova ”Elektron hökumət” (elmi rəhbər Zemfira Əliyeva), MM14 saylı qrupun tələbəsi Rövşən Hüseynov "Struktur qrupların xüsusi hallarının tədqiqi” (elmi rəhbər dos. Vüqar Mustafayev), EE15 saylı qrupun tələbəsi Taleh Məmmədov "Yüksək gərginlikli yeni nəsil elektrik avadanlıqlarının üstünlükləri” (elmi rəhbər Səadət Şıxəliyeva), YN15 saylı qrupun tələbəsi Fərrux İlyasov "Avtomobillərin tormoz sistemlərində innovativ konstruksiyalar” (elmi rəhbər baş müəllim Qəzənfər Əliyev), İT13 saylı qrupun tələbəsi Fəridə Quliyeva "Mikrorobotlar dünyanı dəyişəcək” (elmi rəhbər Aidə Mustafayeva), EM16M saylı qrupun magistrantı Günel Əliyeva "Ağır metalların ətraf mühitə və insan sağlamlığına təsiri” (elmi rəhbər Aysel Qocayeva) mövzularında çıxış etmişlər. 
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmiş, mövzular ətrafında məruzəçilər sualları cavablandırmışlar. 
Sonda konfransın işində iştirak edən Mingəçevir Dövlət Univrsitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov çıxış etmişdir. Universitetin rektoru Akif Hacıyev və professor-müəllim heyəti adından məruzəçilərə və fakültə rəhbərliyinə təşəkkür etmişdir. Gələcəkdə TEC-in konfranslarının daha da genişləndirilməsini tövsiyə etmişdir. Böyük alimlər də məhz tələbə elmi cəmiyyəti vasitəsilə tədqiqat işlərinə başladıqlarını vurğulamışdır. Bir daha Tələbə-gənclərə təhsildə və elmi işlərdə uğurlar arzulamışdır.
 
7news.Az


 
Görüntünün olası içeriği: 16 kişi, oturan insanlar ve iç mekan
Görüntünün olası içeriği: 12 kişi, oturan insanlar ve iç mekan

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ