RU
İstirahət gününün havası
13:15
542

İstirahət gününün havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

 

Aprelin 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ