RU
Sinoptiklər yağışlı hava vəd edirlər
13:14
300

Sinoptiklər yağışlı hava vəd edirlər

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında  gecə 2-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə iki dərəcə şaxtadan üç dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ