RU
Gömrükdə sistem DƏYİŞİR: Artıq hər kəs belə yoxlanılacaq
15:30
20

Gömrükdə sistem DƏYİŞİR: Artıq hər kəs belə yoxlanılacaq

Gömrükdə köməkçi vasitələrdən istifadə etməklə şəxslərin ilkin yoxlanılması qaydalarında dəyişiklik ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, köməkçi vasitələrdən istifadə etməklə şəxslərin və onlara məxsus baqajın ilkin yoxlanılması həyata keçiriləcək.

Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxslərin üzərində və onlara məxsus baqajda ilkin yoxlama keçirmək hüququna malikdirlər.

İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ