RU
Azərbaycanda güclü külək gözlənilir - XƏBƏRDARLIQ
16:22
362

Azərbaycanda güclü külək gözlənilir - XƏBƏRDARLIQ

Fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Rayonlarda fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ