RU
lombard
Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olur - VİDEO
14:45
262

Azərbaycanlı model ABŞ-da striptizlə məşğul olur - VİDEO

Azərbaycandan olan model, Ruslana Gee kimi tanınan Ruslana Cavadova Amerikada striptiz dərslərinə yazılıb.

Unikal.org Sputnik Azərbaycan-a istinadla bildirir ki, model bunu hər ehtimala qarşı, birdən müvafiq bir filmdə dəvət alarsa, hazırlıqsız yaxalanmasın deyə edib.

 

Cavadova "Instagram" səhifəsində bildirib ki, bu günlərdə filmə çəkilmək eşqinə düşüb və striptizçi rolu üçün kastinqdə iştirak etmək məqsədilə müraciət edib.
"Hələlik mənim ərizəmə bir cavab verməyiblər, amma mən qərara aldım ki, əvvəlcədən striptiz öyrənim və hətta dərslərə də yazıldım. Dərs çox şən keçdi. Bircə onurğamla problem yarandı. Rəqs eləyəndə özünə hörmətin artır, özünü şir kimi hiss edirsən", - Cavadova qeyd edib.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ