RU
lombard
1 manata 12 yaşlı uşaqla intim əlaqədə oldu — Azərbaycanda BİABIRÇI OLAY
21:35
2178

1 manata 12 yaşlı uşaqla intim əlaqədə oldu — Azərbaycanda BİABIRÇI OLAY

7News.Az-ın Publika.az-a istinadən xəbərinə görə,  Göygöl rayonunda yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli hərəkətlər etməkdəittiham olunan Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Qurban Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qurban Mahmudov Daşkəsən rayonunun Yeni Daşkəsən qəsəbəsində doğulub. O, həmin kənddə rəsmi qeydiyyatda olsa da, Göygöl rayonunun Bəhrambəy kəndində yaşayıb.

Mağazanın qarşında rastlaşdı

İstintaq sənədlərinə görə, Qurban Mahmudov 30 yanvar 2017-ci il tarixdə, saat 17 radələrində yaşadığı Göygöl rayonunun Bəhrəmbəy kəndində yerləşən məktəbin yaxınlığında olan mağazanın qarşısına gəlib.

Qurban Mahmudov həmin yerdə idarə etdiyi "VAZ-2106” markalı avtomobilinin yanında dayanıb. Bu vaxt ora həmkəndlisi, 2005-ci il təvəllüdlü Nail Babayev (ad və soyad şərti verilib – red.) gəlib.

1 manata intim əlaqə təklifi

Bu vaxt Nail Babayev Qurban Mahmudova onunla 1 manat müqabilində qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyini təklif edib. Sonuncu Nail Babayevin təklifini qəbul edib.

Daha sonra Qurban Mahmudov Nail Babayevi idarə etdiyi avtomobilinə əyləşdirib. Sonra o, avtomobilini Göygöl rayonunun Bəhrəmbəy kənd qəbirstanlığın yanına sürüb.

Qəbristanlıqda intim əlaqə

Qurban Mahmudov avtomobilini qəbristanlığın yanında saxlayıb. Sonra onlar avtomobildə soyunublar. Qurban Mahmudov Nail Babayevlə qeyri-təbii yolla intim əlaqədə olub.

İstintaq orqanı tərəfindən Qurban Mahmudovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

3 il cəza

Cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elmin Rüstəmovun sədrliyilə baş tutan iclasda hökm elan edilib.

Hökmə əsasən, Qurban Mahmudovun barəsində olan ittihamda dəyişiklik edilib. Onun əməli Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Qurban Mahmudov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Prokurordan etiraz

Prokuror qeyd edib ki, məhkəmə Qurban Mahmudov tərəfindən zərərçəkmişə qarşı uşaqbazlıq və digər seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsinin aşkar edilmədiyi qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz olaraq Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə tövsif edib: "Мəhkəmə kollegiyası toplanılmış sübutlar əsasında deyil, mülahizələr əsasında təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinə dair hökm çıxarıb. Onun həmin əməli 14 yaşına çatmayan şəxsin barəsində seksual xarakterli hərəkətlər edilməsi əməli kimi qiymətləndirib”.

"Məhkəmə cinayətin ictimai təhlükəliliyini nəzərə almayıb”

Prokuror qeyd edib ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı hər hansı şikayət və ya tələblərinin olmaması, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsi kimi cəmi iki halı Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb: "Təqsirləndirilən şəxsin barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində - 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə ancaq yuxarıda göstərilən cəzanı yüngülləşdirən iki halı sadalamaqla kifayətlənib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını, o, cümlədən törədilmiş cinayətin şəxsiyyətin cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər kateqoriyasına aid olmasını və ictimai təhlükəliliyini nəzərə almayıb”.

Apelyasiya instansiyasının qərarı narazılıq yaratdı

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin də vəkili apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bir müddət əvvəl Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti və protestinin dəlilləri araşdırılıb, sonda həm təqsirləndirilən şəxsin vəkilinin, həm də prokurorun protesti təmin edilməyib.

Ali Məhkəmə qərarı ləğv etdi

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun kasasiya protestinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası prokurorun protestini təmin edib. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Apelyasiya məhkəməsi qüvvədə saxladı

İş araşdırılması üçün yenidən Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə prokurorun protesti əsasında araşdırma başlanıb.

Hakim heyətinin araşdırması aparılandan sonra yekunda qərar elan edilib. Qərara görə, prokurorun protesti təmin ediməyib, Qurban Mahmudovun barəsində çıxarılan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ