Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.








