RU
lombard
Faşist Nijde ermənilərin ideoloquna çevrilib - Deputat
15:27
85

Faşist Nijde ermənilərin ideoloquna çevrilib - Deputat

Faşist Nijde ermənilərin ideoloqudur, ermənilər üçün örnəkdir, ermənilərin başqa bir tayıdır. Ona görə də həmin terrorçu faşist həyatda olmasa da onun ruhu ilə qidalanırlar, onu təbliğ edirlər, ona abidələr, heykəllər ucaldırlar.
 
7News.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, ermənilər hara gedirlərsə öz arxalarınca Nijdenin heykəlini aparırlar, gəzdirirlər: "Bilirsinizmi niyə? Çünki təfəkkürləri Nijdenin təfəkkürünə yaxındır, çünki bunlar da faşistdir, çünki Nijdenin uzun illər əvvəl elədiyi naqislikləri ermənilər də Xocalıda ediblər, Qarabağın digər bölgələrində ediblər. Çünki Nijde öz yaramaz, terrorçu, faşist, təxribatçı ənənələrini ermənilərə miras qoyub gedib".

Deputat vurğulayıb ki, Nijde təəssübkeşliyi onsuzda rəzil olan erməniləri daha da rəzil edən bir təəssübkeşlikdir:

"Onun heykəlləri isə ermənilərin eskizidir. Ermənilər Nijdenin simasında özlərini gördükləri üçün, Nijdenin obrazını öz obrazlarına bənzətdikləri üçün həmin faşistin heykəlinin ya da heykəllərinin dağıdılma, ləğv edilmə məsələsinə bu qədər həssasiyyətlə yanaşırlar. Çünki dədələri, babaları kimi baxırlar, Nijdeyə. Çünki genetik əjdadları kimi baxırlar, insan qatili olan Nijdeyə. Fəqət, Nijde varisləri olan ermənilər bir məsələni və reallığı dərk etsinlər ki, bu ənənəni, bu ideologiyanı Qarabağ torpaqlarında yaşada, davam etdirə bilməyəcəklər. Qarabağ məmləkətində belə faşist yaramazlara aid nə varsa söküləcək və tarixin arxivinə, hətta birbaşa zibilliyinə gömüləcək".

7News.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ