RU
Polşanın yanındayıq - NATO-nun baş katibi
20:10
602

Polşanın yanındayıq - NATO-nun baş katibi

NATO-nun baş katibi Yens Stoltenberq Belarus sərhədindəki vəziyyətdən danışıb.


7NEWS.Az
"Star” qəzetinə istinadla xəbər verir ki, baş katib ittifaqın Polşa və bölgədəki digər NATO üzvləri ilə həmrəylik içərisində olduğunu bildirib.

Stoltenberq Polşa Prezidenti Andjey Duda ilə aralarında telefon danışığı olduğunu söyləyib:

"Belarusun qaçqınlardan hibrid taktika olaraq istifadə etməsi qəbuldilməzdir” – baş katib deyib.

Qeyd edək ki, Avropa ölkələrinə getmək istəyən xeyli sayda miqrantın Belarus üzərindən Avropa Birliyi üzvü olan Polşaya keçmək istəməsi iki ölkə arasında gərginlik yaratmışdı.

Polşa Belarusu miqrant axınına icazə verməklə, Belarus isə Polşanı miqrantlara qarşı güc tətbiq etməkdə ittiham edib.


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ