Səhər yeməyində püstə yemək sağlamlığınıza xeyirdir.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, ingilis qidalanma mütəxəssisi Rob Hobson səhər yeməyində püstəni insanlara tövsiyə edib.
Onun sözlərinə görə, bu məhsul tərkibindəki faydalı yağlar, protein və lif sayəsində uzun müddət toxluq hissi yaradır və günə daha enerjili başlamağa kömək edir.
Mütəxəssis həmçinin bildirib ki, püstə ürək sağlamlığı üçün faydalıdır və səhər yeməyinə az miqdarda əlavə edildikdə daha balanslı qidalanma təmin edir.








