RU
KİV: Mobil telefon ABŞ Məxfi Xidmət agentini güllədən xilas etdi
17:50
20

KİV: Mobil telefon ABŞ Məxfi Xidmət agentini güllədən xilas etdi

Donald Trampa qarşı insident zamanı ABŞ Məxfi Xidmətinin əməkdaşının həyatını mobil telefon xilas edib.
Bu barədə "Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, zabit Ağ Ev müxbirlərinin şam yeməyi zamanı yaralansa da, sinə cibindəki mobil telefon onu ölümcül zərbədən qoruyub. Bildirilib ki, yaralanan mühafizəçi artıq xəstəxanadan evə buraxılıb.

Məlumata görə güllə agentin gülləkeçirməz gödəkçəsinə dəysə də, həlledici rolu məhz smartfon oynayıb. Məxfi Xidmətin kommunikasiya şöbəsinin rəhbəri Entoni Qulyemi qoruyucu vasitələrin və telefonun faciənin qarşısını almağa kömək etdiyini bildirib.

Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda, D.Trampın da qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışma baş verib. Silahlı kişi zala girməyə çalışaraq atəş açıb və nəticədə Məxfi Xidmət əməkdaşını yaralayıb. Prezident heç bir xəsarət almayıb, şübhəli şəxs isə dərhal hadisə yerində həbs edilib. Hücum edən şəxsin 31 yaşlı repetitor və videooyun proqramçısı Koul Allen olduğu üzə çıxıb. Məlumata görə, o, 2024-cü ildə "Ayın müəllimi" mükafatına layiq görülüb və Kamala Harrisin seçki kampaniyasına maddi dəstək göstərib. Bununla yanaşı, atışma insidentindən sonra dünya liderləri Ağ Ev rəhbərinə öz dəstəklərini nümayiş etdiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ