RU
Gürcüstanda koronavirusa yoluxan uşaqların sayı açıqlandı
11:00
257

Gürcüstanda koronavirusa yoluxan uşaqların sayı açıqlandı

Gürcüstanda pandemiya başlayandan bu günədək 100 min uşaq koronavirusa yoluxub. Onlardan səkkizi pandemiyanın qurbanı olub.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda koronavirusa yoluxan 700 mindən çox insanın 100 minini uşaqlar təşkil edir.

Qeyd olunub ki, vaksinasiya olunmuş insanlar peyvənd vurdurmayan insanlardan doqquz dəfə az yoluxur. Peyvənd olunan insanlar arasında ölüm halları da olduqca azdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ