Bolqarıstanın Asenovqrad şəhəri yaxınlığındakı Plovdiv bölgəsindəki quşçuluq fermasında yüksək patogenli quş qripinin növbəti epidemiyası qeydə alınıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
180 minə yaxın toyuq olan quşçuluq fermasında yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik tapılıb. 2019-cu ildən indiyədək bu təsərrüfatda xəstəliyin üçüncü epidemiyası aşkarlanıb.
Xəstəliyin mənbəyindən 10 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, baytarlıq nəzarəti gücləndirilib. İnfeksiyanın səbəbi ilə bağlı araşdırma aparılır.








