İranın qərbində yerləşən İlam vilayətində Mülkiyyət İdarəsində baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
7News.Az bildirir ki, Mülkiyyət İdarəsinin işdən qovulan sabiq əməkdaşı naməlum sayda şəxsi girov götürüb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olunub.








