ABŞ-da silsilə qətllər törədən şəxs cinayətlərinə görə məşhur amerikalı model və iş qadını Kayli Cenneri ittiham edib.
ABŞ-ın Kaliforniya ştatında yaşayan 31 yaşlı şizofreniya xəstəsi qatil Marvin Maqallans 2016-2017-ci illərdə iki evsiz şəxsi bıçaqlayaraq öldürüb.
Törətdiyi iki qətldən sonra həbs olunan Marvin palata yoldaşını da boğaraq öldürüb. İllərdir məhkəməyə gəlib-gəlməyəcəyi müzakirə edilən Marvin barədə nəhayət sentyabrın 8-də qərar verilib.
Marvinin vəkili Mişel Hill deyib ki, müvəkkili şizofreniya xəstəsidir və Kayli Cennerlə münasibətdə olduğunu düşünür.
Marvinin sözlərinə görə, Kayli Cenner ona başqasının canını almağa çalışdığını və qətl törətməklə bunun qarşısını ala biləcəyini deyib.
Prokurorlar iddia edirdilər ki, qatil öz hərəkətlərindən xəbərdardır və qətl törətməyin düzgün olmadığı fikrini müdafiə edib. Məhkəmə qatilin vəkilinin yeni dinləmə tələbini rədd edərək, Marvinə evsizlərin qətlinə görə iki dəfə ömürlük, palata yoldaşının qətlinə görə isə 17 il həbs cəzası verib. Onun şərti azadlığa çıxmasına da qadağa qoyulub./olke
7NEWS.Az








