RU
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi uzadılıb
12:50
46

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 28-dək uzadıb.
Bu barədə "Rosaviasiya” məlumat yayıb.

Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ