RU
12:20
22

"Telegram" bir gündə dünya üzrə 105 000-dən çox kanal və qrupu blokladı

"Telegram" mesenceri aprelin 27-də dünya üzrə 105 000-dən çox kanal və qrupu bloklayıb.

Bunu "Telegram"ın rəsmi saytında dərc olunan yenilənmiş statistika göstərir.

Cari məlumata görə, ilin əvvəlindən bəri "Telegram"da 13.7 milyondan çox qrup və kanal bloklanıb. Son bir həftə ərzində "Telegram" mesenceri təxminən 635 000 kanalı blok edib.

2023-cü ilin dekabrından bəri ən kütləvi bloklama isə 1 yanvar 2026-cı ildə baş verib - o zaman təxminən 543 000 qrup və kanal bloklanıb.

Statistikanın təhlili kontentin moderasiyası üzrə aktivlikdə əhəmiyyətli artım olduğunu göstərir. 2026-cı ilin birinci rübündə "Telegram" xidmətin siyasətini pozduğuna görə ötən ilin eyni dövrü ilə müqayisədə 51% daha çox kanal və qrupu bloklayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ