RU
Qızılın qiyməti cüzi düşüb
13:50
553

Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti bir unsiya üçün 1 780 ABŞ dolları səviyyəsində sabitləşib.

 Nyu-Yorkun "Comex” birjasında qızılın fevral fyuçersləri 0,01 % və ya 0,01 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1821,85 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,23 % artaraq 1 unsiyası 22,387 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn həftə məzənnə ilə bağlı açıqlanacaq qərarını gözləyirlər.

FED-in növbəti iclası dekabrın 13-14-nə planlaşdırılıb. İclasın nəticələrinə əsasən tənzimləyici baza dərəcəsi ilə bağlı qərarını elan edəcək və makroiqtisadi proqnozları yeniləyəcək, daha sonra isə ABŞ Mərkəzi Bankının rəhbəri Cerom Pauel mətbuat konfransında çıxış edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ