RU
ABŞ və Ukrayna müdafiə nazirləri görüşüb
16:20
115

ABŞ və Ukrayna müdafiə nazirləri görüşüb

ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin ukraynalı həmkarı Oliksiy Reznikovla görüşüb.

Bu barədə Oustin tviterdə paylaşım edib.

O, ukraynalı həmkarını görməkdən məmnunluğunu ifadə edib:

"Biz Ukraynanın özünümüdafiəsini dəstəkləmək üçün sizinlə çiyin-çiyinə dayanmaqdan qürur duyuruq. Sizin arxasınızda 50-ə yaxın xalqdan ibarət kollektiv var”.

Qeyd edək ki, nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında bir araya gəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ