Suriyanın şimalında Tel Rifatda 11 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PKK/YPG terrorçuları Tel Rıfatdan Öncüpınar Sərhəd Qoşunlarının cavabdehlik bölgəsinə raket atışları həyata keçirib.
Türkiyə Silahlı Qüvvələrinin bölmələrində hər hansı itkinin olmadığı, özünümüdafiə çərçivəsində müəyyən edilmiş terrorçu hədəflərinin güclü şəkildə vurulduğu və 11 PKK/YPG üzvünün zərərsizləşdirildiyi qeyd edilib.








