Türkiyənin İstanbul şəhərinin Üsküdar rayon bələdiyyəsinin sədri Sinem Dedetaş saxlanılıb.
7News.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, rüşvət alma, mənimsəmə və cinayət törətmək məqsədilə qruplaşma yaratmaq iddiaları ilə bağlı istintaq başladılıb. İstintaq çərçivəsində 11 fərqli ünvanda əməliyyat gerçəkləşdirilib. Əməliyyat nəticəsində Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və digər beş nəfər saxlanılıb.
Qeyd edək ki, son zamanlarda Türkiyənin 81 vilayətində bələdiyyələrdə keçirilən əməliyyatlar zamanı onlarla bələdiyyə sədri və məmur saxlanılıb.








